Demar Derozan karyerasını "Denver Naqgets"də davam etdirəcək. Təcrübəli forvard yeni mövsüm üçün minimum dəyərli, 3,9 milyon dollar məbləğində birillik müqavilə imzalayacaq.
Offsideplus.az xəbər verir ki, tərəflər arasında danışıqlar məhz bu məbləğə görə bir müddət ləngimişdi. Qeyd edək ki, Derozanın son mövsümdə "Sakramento" ilə müqaviləsinin son ili 10 milyon dollar dəyərində idi, lakin klub onu heyətdən çıxarmışdı. Ötən mövsüm Derozan orta hesabla 18,4 xal (meydandan 49,7%, üçlük atışlarda 32%), 2,9 ribaund və 4,1 assistla yadda qalıb.


