Xorvatiya yığmasının aparıcı oyunçusu Mario Hezonja Almaniyada keçirilən yoldaşlıq turnirində Türkiyə ilə görüşdə möhtəşəm çıxış edib.
Offsideplus.az xəbər verir ki, Hezonja 37 xal toplayıb və son saniyələrdə atdığı geri çəkilmə üçlüyü ilə komandasına 95:94 hesablı qələbə qazandırıb. O, ümumilikdə 17 atışdan 11-ni dəqiq yerinə yetirib, 6 ribaund və 4 assistlə yadda qalıb. Dario Şariç 16 xal və 6 ribaund, Karlo Matkoviç isə 12 xalla fərqlənib. Türkiyə millisində isə Ömər Yurtseven və Malachi Flynn hərəyə 18 xal toplayıb. Cedi Osman isə 17 xalla komandasına dəstək olub. Qeyd edək ki, Türkiyə bu oyunda Alperen Şengün və Tarık Biberoviçin xidmətindən məhrum olub. Xorvatiya finalda Almaniya və ya Çexiya ilə qarşılaşacaq.


