"Olimpiakos" Tomas Uolkapa görə Dubay klubuna qarşı hüquqi addımlar atıb. Pirey təmsilçisi 33 yaşlı müdafiəçi ilə bağlı Dubayın qeyri-qanuni transfer cəhdini rəsmən EuroLeague rəhbərliyinə də çatdırıb.
Offsideplus.az xəbər verir ki, bu proses Uolkapa görə artan gərginlik fonunda baş verib. Amerikalı mənşəli yunan oyunçu hazırkı müqaviləsini birtərəfli qaydada ləğv etmək və azad agent statusu qazanmaq üçün Basketbol Arbitraj Tribunalına müraciət edib. "Olimpiakos" isə Uolkapa 2026/27 mövsümünün sonuna qədər qüvvədə olan müqavilənin pozulmaz olduğunu bildirir və digər klubların birbaşa əlaqə qurmasını liqa qaydalarının pozulması hesab edir.
Gərginlik Uolkapın cərşənbə axşamı səhər təyin olunan tibbi müayinələrə və fiziki testlərə gəlməməsi ilə daha da artıb. Onun icazəsiz yoxluğu klub rəhbərliyinin rəsmi intizam tədbiri çərçivəsində oyunçunu izahat verməyə çağırmasına səbəb olub.
Bu hadisədən əvvəl Uolkap müqavilənin dərhal ləğvini və azad buraxılmasını tələb edən yazılı bildiriş göndərib. "Olimpiakos" bu tələbi dərhal rədd edib və hüquqlarını qorumaq üçün bütün hüquqi vasitələrdən istifadə edəcəyini açıqlayıb.
Digər tərəfdən, Dubay klubu yay transfer dönəmində Uolkapın transfer hüquqlarını almaq üçün üç dəfə yazılı təklif göndərib. "Olimpiakos" isə oyunçunun transferə çıxarılmadığını bildirib və heç bir qarşı təklif verməyib.
Qeyd edək ki, Tomas Uolkap 2021-ci ildən "Olimpiakos"un heyətində çıxış edir.


