"Bayern Münhen"in baş məşqçisi Vensan Kompani son 4 gündə iki dəfə huşunu itirən yarımmüdafiəçi Camal Musialanın səhhəti ilə bağlı son vəziyyəti açıqlayıb.
Offsideplus.az xəbər verir ki, mütəxəssis vəziyyətin nəzarət altında olduğunu bildirib:
"İlk şok artıq geridə qalıb. Apardığımız müayinələr və aparıcı mütəxəssislərin dəstəyi ilə lazım olan bütün məlumatları əldə etmişik. Bütün komanda Camala dəstək olur. O, müalicə kursunda kiçik dəyişikliklər etmişdi ki, bu da müəyyən əks-təsirlərə səbəb oldu. Bu, tamamilə normal prosesdir. İndi əvvəlki müalicə planına qayıdırıq. Musiala fərdi məşqlərini davam etdirəcək. Biz vəziyyəti necə idarə edəcəyimizi yaxşı bilirik və gələcəyə çox optimist baxırıq".


