Almaniyalı sabiq yarımmüdafiəçi Toni Kroos Xviça Kvaratsxeliyanın "Qızıl top" mükafatına layiq olduğunu bildirib.

Offsideplus.az xəbər verir ki, o, bu barədə almaniyalı bloqer Florian Malburqun paylaşımına münasibət bildirərkən fikirlərini bölüşüb.

"Əgər soruşursansa... Kvara. Mənim üçün bu, olduqca aydındır! Dünya çempionatının dörd ən yaxşı oyunçusu – Rodri, Messi, Cud Bellingem və Kilian Mbappe – bu mövsüm elə də parlaq çıxış etməyiblər və ya daha zəif liqada oynayırlar. Kvara isə ötən mövsüm və hazırda dünyanın ən yaxşı klubunun ən yaxşı oyunçusudur", – deyə Kroos qeyd edib.

Qeyd edək ki, bu il "Qızıl top"un təqdimetmə mərasimi 26 oktyabrda Londonda keçiriləcək.