Filadelfiya "Siksers"in müdafiəçisi Tayriz Maksi komandanın yeni üzvləri LeBron Ceyms və Ceylen Braunla ilk birgə məşq təəssüratlarını bölüşüb.
Offsideplus.az xəbər verir ki, Maksi bu barədə belə danışıb: "Biz üçümüz ilk dəfə birlikdə məşq etdik, bu doğrudur. Hər şey əla keçdi. Möhtəşəm ünsiyyət, gözəl ab-hava və inanılmaz enerji var idi. Burada üç nəfər toplaşmışdı ki, hər biri işinə maksimum ciddi yanaşır və əziyyət çəkməkdən çəkinmir. Buna görə də məşq çox yaxşı alındı".
Maksi məşqə həmin gün ilk kimin gəldiyi sualına isə belə cavab verib: "Yəqin ki, birinci Bron gəlib. Onlar məndən bir qədər yaşlıdırlar, ona görə də mənə nisbətən daha çox dartınmağa vaxt ayırırlar. Mən isə sadəcə gəlib masaj valiki ilə bədənimi hazırlayıram və dərhal məşqə hazıram". Qeyd edək ki, Maksi 25, Braun 29, Ceyms isə 41 yaşındadır.


