Braziliyalı yarımmüdafiəçi Artur Melo "Yuventus" klubu ilə müqaviləsinə qarşılıqlı razılıq əsasında xitam verib.

Offsideplus.az xəbər verir ki, "Yuventus" Arturu 2020-ci ildə "Barselona"dan 80 milyon avroya transfer etmişdi. Son mövsümü Artur icarə əsasında "Qremio"da keçirib. 2022-ci ildən etibarən o, həmçinin "Liverpul", "Fiorentina" və "Jirona" klublarında da icarədə çıxış edib.