Luka Donçiç yeni mövsüm öncəsi "Los Anceles Leykers"in heyətini Sloveniyaya aparmaq üçün şəxsi təyyarə icarəyə götürüb.

Offsideplus.az xəbər verir ki, Sloveniya millisinin və "Leykers"in ulduzu bu səfər üçün ümumilikdə 500 min dollar ödəyib.

Donçiç komanda yoldaşlarını öz vətənində mini-məşq toplanışına dəvət edib.

Basketbolçular Sloveniya səfərində 4 gün keçirəcək və yeni mövsüm öncəsi bir-birini daha yaxından tanımaq imkanı əldə edəcəklər.