"Qarabağ"ın braziliyalı yarımmüdafiəçisi Kadi Borges Azərbaycan klublarının UEFA Konfrans Liqasındakı ən məhsuldar futbolçusuna çevrilib.
Offsideplus.az xəbər verir ki, təcrübəli oyunçu pley-off mərhələsində Niderlandın "Tvente" klubunun qapısına yol tapmaqla (1:0) bu turnirdəki qol sayını 6-ya çatdırıb. Kadi bu göstəriciyə Ağdam təmsilçisinin heyətində çıxış etdiyi 17 oyunda nail olub.
Bununla da braziliyalı yarımmüdafiəçi hərəyə 5 qolu olan Coy-Lens Mikels ("Sabah") və Rafael Utziqi ("Qəbələ", "Zirə") geridə qoyaraq təkbaşına rekorda sahib çıxıb.
Qeyd edək ki, K. Borges "Qarabağ"ın heyətində avrokuboklardakı ümumi qol sayını 11-ə yüksəldib.


