Kley Tompson, hazırda "Dallas Maveriks"in müdafiəçisi, sosial şəbəkələrdə azarkeşlərlə mübahisəyə qoşularaq basketbol irsini müdafiə edib. Müzakirəyə səbəb azarkeşlərin Kley Tompson və Rey Allen arasında kimin daha yaxşı snayper olduğunu müzakirə etməsi olub. Bəzi fanatlar hər iki oyunçunun məhsuldarlıq statistikasını müqayisə ediblər. Tompson isə bildirib ki, bu rəqəmlər daha çox komandaların gücünü əks etdirir.
Offsideplus.az xəbər verir ki, Tompson açıqlamasında qeyd edib: "Ümumiyyətlə başa düşürsünüz ki, mən Kevin Durant olmadan iki çempion heyətdə ikinci ən məhsuldar oyunçu olmuşam? Əgər istəyirsiniz ki, zəif komandaya keçim və orada boş statistikalar toplayım – dostum, bu çox asandır". Azarkeşlər "Qolden Steyt Uorriors"un dinastiyasında Tompsonun rolunu kiçiltməyə davam etdikdə, o, 2016-cı il pley-off mərhələsini xatırladıb: "Allahım, mən 2016-cı ilin bütün pley-off mərhələsinin ən yaxşı bombardiri idim, siz isə divan arxasında ekspertlik edirsiniz" – deyə dördqat NBA çempionu əlavə edib.


