Türkiyə Super Liqasında 2-ci tura bu gün start veriləcək.

Offsideplus.az xəbər verir ki, açılış matçında Nəriman Axundzadənin də çıxış etdiyi "Erzurumspor" "Qalatasaray"ı qəbul edəcək.

Nəriman yeni komandasında ötən həftə debüt edib və onlar 0:3 hesabı ilə məğlub olublar.

"Sarı-qırmızılar" isə ilk turda heç-heçə edib.

Görüş Bakı vaxtı ilə saat 22:30-da başlayacaq.