"Zirə" braziliyalı futbolçusu ilə yollarını ayırıb.
Offsideplus.az xəbər verir ki, Qəsəbə təmsilçisinin üzvü Junior Martins karyerasını Kambocada davam etdirəcək.
26 yaşlı hücumçu bu ölkənin "Prexxanrit Svayrinq" klubuna transfer olunub.
Keçidlə bağlı tərəflər arasında rəsmi müqavilə imzalanıb.
J. Martins 2024-cü ilin yayından "Zirə"də çıxış edirdi. O, burada 69 oyunda 10 qol vurub və eyni sayda məhsuldar ötürmə edib.


