"Ferrari" sürücüsü Şarl Lekler Maks Ferstappenin "Red Bull"dakı yolunu təkrar etməyə ehtiyac duymadığını bildirib.

Offsideplus.az xəbər verir ki, monakolu pilot hər bir vəziyyətin fərqli olduğunu vurğulayıb:

"Maksın möhtəşəm karyerası var, 4 çempionluq qazanıb, mən isə yox. Amma onun addımlarını təkrar etmək yanlış olardı. 'Red Bull'da nə baş verdiyini təxmin etməkdənsə, öz işimə və 'Ferrari'dəki proseslərə diqqət yetirməyi üstün tuturam. 'Mersedes'lə müqayisədə zəif tərəflərimizi və nəyi təkmilləşdirməli olduğumuzu yaxşı bilirik. Mövsümün ilk yarısını güclü keçirdik, yeni bolid üzərində yaxşı işləmişik. Yalnız nəzarət edə bildiyim məsələlərə köklənmişəm və ümid edirəm ki, Maksın uğurlarının bir hissəsini mən də təkrarlaya biləcəyəm".