Azərbaycan təmsilçiləri avrokubokların 2026/27 mövsümündə ölkə futbolu tarixinin yeni rekorduna imza atıblar.

Offsideplus.az xəbər verir ki, komandalarımız avrokubokların təsnifat və pley-off mərhələləri çərçivəsində keçirdikləri oyunlarda ümumilikdə 3,375 xal toplayıblar.

Bu göstərici Azərbaycan klublarının təsnifat mərhələləri tarixində topladığı ən yüksək xaldır.

Qeyd edək ki, cari mövsüm ölkəmizi 4 klub - "Qarabağ", "Sabah", "Zirə" və "Neftçi" avrokuboklarda təmsil edir. Onlardan ikisi - "Qarabağ" və "Sabah" sabah mübarizəni davam etdirir.