Nikola Yokiç "Denver Nagets"in sabiq oyunçusu Peyton Uotsonun "Klivlend Kavalers"ə keçidi barədə fikirlərini bölüşüb. 

Offsideplus.az xəbər verir ki, serbiyalı ulduz basketbolçu komanda yoldaşının yeni klubunda uğur qazanacağına inandığını bildirib.

O, Uotsonun gedişi ilə bağlı bunları deyib:

"Peyton üçün sevinirəm, o, bunu haqq etmişdi. Onun enerjisi və ustalığı bizə çatışmayacaq. Gələn mövsüm barədə hələ düşünmürəm, əvvəlcə bu məsələni həll etməliyik, amma hər şey yaxşı olacaq".

Yokiç bu açıqlamanı Serbiya millisinin Fransa üzərində 90:87 hesablı qələbə qazandığı yoxlama oyunundan sonra verib.