Azərbaycan klubları - "Sabah" və "Qarabağ" avrokuboklarda mübarizələrini davam etdirir.
Offsideplus.az xəbər verir ki, bu həftəni 1 qələbə və 1 məğlubiyyətlə başa vurduq.
Dünənki qələbədən sonra reytinq xalımız 21 min 937 oldu və 26-cı pillədəyik.
Bizdən bir pillə yuxarıdakı Ukraynanın 22 min 587 xalı var. 27-ci Slovakiyanın isə 20 min 625 xala malikdir.
Qeyd edək ki, Ukraynanın avrokuboklarda yalnız bir klubu qalıb - "Şaxtyor" (Donetsk). Onlar birbaşa Çempionlar Liqasının Liqa mərhələsinə vəsiqə qazanıb.


