"Los Anceles Leykers" rəhbərliyindəki dəyişikliklərdən sonra komanda rəhbərliyi əsas diqqətini üçqat NBA MVP-si Nikola Yokiçin transferinə yönəldə bilər. 

Offsideplus.az xəbər verir ki, insayder Entoni İrvinin sözlərinə görə, "Leykers"də sahiblərlə bağlı məsələlər həll olunduqdan sonra bir çox rəhbər şəxsin baxışları "Denver Naqgets"ə yönələcək.

Qeyd edək ki, bu yay "Leykers"də ikinci dəfə sahiblərin dəyişməsi baş verir. Yeni sahiblər Coş Kuşner və Bob Ayger ailəsi Bassın azlıq payını da əldə edə bilər, lakin uzun illər klubun idarəçiliyində olan Cini Bass buna qarşı çıxır.

Yokiç bu yay "Denver"lə müqaviləni uzatmayıb və qərarını gələn ilə saxladığını, karyerasını bu klubda başa vurmağa hazır olduğunu bildirib. Bununla yanaşı, "Naqgets" yay fasiləsində bir neçə oyunçusunu maaş büdcəsinin doluluğu səbəbindən itirib.