"Arsenal"ın baş məşqçisi Mikel Arteta komandasının çempion statusu ilə yeni mövsümə başlamasından danışıb.
Offsideplus.az xəbər verir ki, mütəxəssis Premyer Liqanın I turunda "Koventri Siti" ilə matçdan öncə rəqiblərin onlara qarşı fərqli köklənəcəyinə inanmadığını bildirib:
"Rəqiblərin bizə çempion kimi xüsusi yanaşacağını hiss etmirəm. Çünki hər şeyə sıfırdan başlayırıq və yenidən lazımi səviyyədə olduğumuzu sübut etməliyik. Əgər seçimim olsaydı, həmişə birinci olmaq və təqib edilmək istəyərdim. Arzulayıram ki, gələcəyimiz başqalarından deyil, yalnız öz əlimizdə olsun".
Qeyd edək ki, İngiltərə Premyer Liqasında yeni mövsüm bu gün start götürəcək. Açılış oyununda "Arsenal" "Koventri"ni qəbul edəcək. Görüş Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.


