Fransa millisinin və "San Antonio Spurs"un ulduz mərkəz oyunçusu Viktor Vembanyama FIBA qaydalarına uyğun keçirilən oyunlarda ən çox nəyə uyğunlaşmalı olduğunu açıqlayıb.
Offsideplus.az xəbər verir ki, Vembanyama ilk növbədə istifadə olunan topun fərqli olduğunu bildirib: "Ən əsas fərq oynadığımız topla bağlıdır. NBA ilə müqayisədə bir çox fərqlər var, amma bu, ən böyüyüdür", – deyə fransalı basketbolçu qeyd edib. Dünən Fransa millisi Serbiya ilə yoldaşlıq oyununda 87:90 hesabı ilə uduzub. Vembanyama bu qarşılaşmada 10 xal və 4 ribaundla yadda qalıb.


