UEFA Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyunu çərçivəsində keçiriləcək "Sabah" - "Hapoel" (Beer-Şeva) qarşılaşmasına azarkeş marağı böyükdür.

Offsideplus.az xəbər verir ki, matç üçün artıq 15 000 bilet satılıb. Bilet satışı iTicket.az saytı və Tofiq Bəhramov adına Respublika Stadionunun kassalarında davam edir.

Qeyd edək ki, çərşənbə axşamı Tofiq Bəhramov adına Respublika Stadionunda baş tutacaq qarşılaşmada təmsilçimiz Çempionlar Liqasının Liqa mərhələsinə vəsiqə uğrunda həlledici matçına çıxacaq. İlk oyunda İsrail təmsilçisi 2:1 hesablı qələbə qazanıb.