Çempionlar Liqasında ölkəmizi təmsil edəcək “Turan” qadın voleybol klubu yeni mövsümün hazırlıqlarında son mərhələyə qədəm qoyub.

Offsideplus.az xəbər verir ki, yay fasiləsində heyətini yerli və əcnəbi voleybolçularla gücləndirən komanda Ziya Rəcəbovun rəhbərliyi altında İtaliya, Yunanıstan və İstanbulda təlim-məşq toplanışları keçib, bir sıra yoxlama görüşləri təşkil edib.

Hazırda hazırlıq prosesini Bakıda – Zaqulbadakı Təlim-Tədris Mərkəzində davam etdirən komandada əsas diqqət fiziki, taktiki və psixoloji amillərə yönəldilib. Komandanın baş məşqçisi Ziya Rəcəbov və voleybolçu Nilufər Ağazadə toplanışın gedişatını yüksək qiymətləndiriblər.

Qeyd edək ki, "Turan" Çempionlar Liqasında ilk oyununu oktyabrın 20-də Tovuz Olimpiya İdman Kompleksində Xorvatiyanın “Mladost-Zaqreb” klubuna qarşı keçirəcək