UEFA Nizam-intizam Komitəsi “Fənərbağça”nın apellyasiya şikayətini təmin edərək fransız yarımmüdafiəçi Matteo Gündüzi ilə bağlı qərarda dəyişiklik edib.
Offsideplus.az xəbər verir ki, futbolçuya verilən 4 matçlıq oyunsuzluq cəzası 3 matça endirilib (bunlardan 2-si bir il müddətinə şərti olaraq tətbiq olunacaq).
Cəzasında edilən bu endirim və tətbiq olunan şərtlər sayəsində Gündüzi qarşıdakı “Aston Villa” ilə qarşılaşmada komandasına kömək edə biləcək.


