"Mançester Siti"nin sabiq hücumçusu Mario Balotelli klubun üzləşdiyi maliyyə ittihamları və istintaq prosesi barədə maraqlı şərh verib.

Offsideplus.az xəbər verir ki, italiyalı futbolçu məsələni metaforik şəkildə izah edərək bildirib: "Bilirsiniz, kiçik olanda kimsə kim olduğunuzu bilmir və vecə də almırsınız... hətta fırıldaqçılıq etsəniz belə. Amma nə vaxt ki böyüyürsünüz? Sizi ovlamalı olurlar."

Balotelli "Mançester Siti"nin hazırkı vəziyyətini məhz bu cür səciyyələndirərək əlavə edib: "Mançester City"nin hazırkı durumu budur. Və bilirəm ki, onlar qələbə qazanana qədər mübarizəni davam etdirəcəklər. Çempion olmaq belə bir şeydir... ki, onlar onsuz da çempiondurlar."