"Qarabağ"ın hücumçusu Renaldo Sefasın zədəsi ilə bağlı son vəziyyət məlum olub.
Offsideplus.az xəbər verir ki, Yamayka milli komandasının heyətində Hondurasla matçda xəsarət alan 26 yaşlı vinger MRT müayinəsindən keçib.
İncələmələr zamanı zədə dərəcəsində hər hansı əhəmiyyətli dəyişiklik və ya ciddi fəsad aşkarlanmayıb.
Təcrübəli futbolçunun 3–4 gün ərzində tibbi və məşqçi heyətinin xüsusi nəzarəti altında fərdi məşqlərlə kifayətlənəcəyi bildirilib.
O, bərpa prosesi tamamlandıqdan sonra komanda ilə ümumi məşqlərə qoşulacaq.


