"Bavariya"nın gənc yarımmüdafiəçisi Aleksandar Pavloviç karyerasını İngiltərədə davam etdirmək təklifini geri çevirib.
Offsideplus.az xəbər verir ki, "Şəhərlilər" mart ayından bu yana yarımmüdafiə xəttini gücləndirmək üçün 21 yaşlı futbolçunu hədəfə almış və onun üçün təxminən 100 milyon avro dəyərində maliyyə paketi hazırlamışdılar.
"Bavariya"nın yetirməsi olan Pavloviç "Mançester Siti"nin marağından qürur duysa da, Almaniya klubundakı gələcəyinə sadiq qalıb və "Bavariya" ilə hər hansı danışıqlara belə başlamadan transfer ehtimalını dərhal rədd edib.


