"Arsenal" "Yuventus"un gənc hücumçusu Kenan Yıldızı transfer etmək üçün təxminən 100 milyon avro dəyərində rəsmi addım atmağı nəzərdən keçirir.

Offsideplus.az xəbər verir ki, "Topçular" daha əvvəl iyun və avqust aylarında da 21 yaşlı futbolçu üçün "Yuventus"a müraciət etmişdilər.

Eyni zamanda, "Real Madrid" də gənc istedadın vəziyyətini yaxından izləməyə davam edir.

Turin təmsilçisi Kenan Yıldızı satmaq niyyətində deyil. Əksinə, klub onun uzunmüddətli gələcəyini təmin etmək və komandada saxlamaq üçün yeni, daha sərfəli müqavilə hazırlayır.