Cənubi Koreya millisinin hücumçusu Son Xın Min yoldaşlıq görüşündə Özbəkistana qarşı fərqlənib.
Offsideplus.az xəbər verir ki, 34 yaşlı futbolçu oyunun 6-cı dəqiqəsində hesabı açıb. Bu qol Sonun milli komandadakı 59-cu qolu olub və o, 58 qolla əvvəlki rekordçu Çxa Bom Qını geridə qoyaraq Cənubi Koreya yığmasının tarixində ən məhsuldar oyunçu adını qazanıb.
Cənubi Koreya Futbol Assosiasiyasının açıqlamasında qeyd olunub: "Biz Son Xın Min dövründə yaşayırıq. Kapitanımız, əfsanəmiz Son Xın Mini 59-cu beynəlxalq qolu və milli komanda tarixində ən çox qol vuran futbolçu olması münasibətilə təbrik edirik."


