SSRİ millisinin sabiq futbolçusu Vladimir Ponomaryov "Qalatasaray"ın yarımmüdafiəçisi Aleksey Batrakovun çıxışı barədə fikirlərini bölüşüb.
Offsideplus.az xəbər verir ki, o, Batrakovun texniki cəhətdən pis olmadığını, lakin yetərincə hərəkətli olmadığını bildirib.
O qeyd edib ki, yarımmüdafiə xəttində oynayan futbolçu meydanda çox çalışmalı, özünü göstərmək üçün deyil, komandanın xeyrinə oynamalıdır. "Aleksandr Qolovin meydanda əziyyət çəkir, Batrakov isə özünü göstərməyi sevir, bu isə yolverilməzdir.
Qoy "Qalatasaray"da bir müddət ehtiyatda otursun, bu onun üçün sınaq olacaq. Beləliklə, onun Avropa səviyyəsində oynamağa hazır olub-olmadığı bəlli olacaq", – deyə Ponomaryov vurğulayıb.


