Bakıda keçirilən dünya çempionatında mübarizə aparan Azərbaycan cüdoçusu Hidayət Heydərov (73 kq) çıxışını başa vurub.

Offsideplus.az xəbər verir ki, olimpiya çempionu 1/8 final mərhələsində italiyalı Covanni Espozito ilə üz-üzə gəlib.

Rəqibinə cərimə xalları hesabına uduzan H.Heydərov yarışla erkən vidalaşıb.

Qeyd edək ki, Milli Gimnastika Arenasında təşkil olunan mundialın ilk günündə millimizin üzvü Əhməd Yusifov (60 kq) qızıl medal qazanıb. Çempionat oktyabrın 11-də yekunlaşacaq.