Argentina millisinin hücumçusu Lionel Messi yığmadakı vida oyunu öncəsi məşqdən fotolar paylaşıb.

Offsideplus.az xəbər verir ki, 39 yaşlı futbolçu paylaşımına "Darıxacağım xüsusi anlar" sözlərini əlavə edib. Argentina və Benin milli komandaları arasında yoldaşlıq oyunu Buenos-Ayresdə keçiriləcək. Qarşılaşma 6-dan 7 oktyabra keçən gecə, Bakı vaxtı ilə saat 03:00-da başlayacaq.