Braziliyalı hücumçu Rafinya "Barselona" ilə müqaviləsini 2030-cu ilin iyun ayına qədər uzadıb.
Offsideplus.az xəbər verir ki, bu barədə jurnalist Fabritsio Romano məlumat verib. Müqavilənin uzadılması ilə bağlı rəsmi açıqlamanın bu həftə veriləcəyi gözlənilir.
Rafinya 2022-ci ilin iyulundan Kataloniya klubunda çıxış edir. O, indiyədək "Barselona"nın heyətində 185 oyunda 89 qol vurub və 62 məhsuldar ötürmə edib.


