Britaniyalı aparıcı Pirs Morqan Kriştiano Ronaldunun Portuqaliya millisindəki son durumu barədə fikirlərini bölüşüb.

Offsideplus.az xəbər verir ki, 41 yaşlı futbolçu baş məşqçi Jorje Jezuşun qərarı ilə 27 sentyabrda Norveçlə oyunda meydana çıxmayıb və bundan sonra milli komandadan ayrılıb. Bildirilir ki, hücumçu artıq yığmada çıxış etməyəcək.

Pirs Morqan bildirib: "Kriştiano heç vaxt düşünmür ki, hər oyunda start heyətində olmalı və ya 90 dəqiqə meydanda qalmalıdır, söhbət ümumiyyətlə bundan getmir. Millətlər Liqasından əvvəl ona deyilib ki, birinci oyunda 90 dəqiqə oynayacaqsan. Düzdür? Amma o, cəmi 67 dəqiqə oynadı və əvəz olundu. Niyə Jorje Jezusa sual vermirik: doğrudanmı, siz şəxsən Kriştianodan üzr istəmisiniz? Doğrudanmı, Portuqaliya Futbol Federasiyasının prezidenti də sizin 'Səhv etdim' dediyinizi eşidib? Doğrudanmı, Norveçlə oyunda ona istirahət vermək istədiyinizi deyib, sonra isə 'Mənə 30 dəqiqə ver' deyərək, onu təxminən yarım saat isinməyə göndərib, amma meydana buraxmamısınız? Bu doğrudurmu? Başqa sözlə, son həftələrdə Ronaldoya aşağı liqaların sıradan oyunçusu kimi yanaşmısınız. Məncə, bu, inanılmaz hörmətsizlikdir."