Asiya Futbol Konfederatsiyası (AFC) qitədə yeni turnirin - Asiya Millətlər Liqasının yaradıldığını elan edib.

Offsideplus.az xəbər verir ki, yarış 2030-cu ildən etibarən hər iki ildən bir təşkil olunacaq.

Turnir üç fərqli liqadan ibarət olacaq və komandalar arasında aşağı və yuxarı liqalara keçid (müvafiq olaraq enmə və yüksəlmə) sistemi tətbiq ediləcək.