Almaniya millisinin sabiq yarımmüdafiəçisi Lothar Matteus Yurgen Klopp və Yulian Nagelsmannın mətbuatla ünsiyyət tərzini müqayisə edib.

Offsideplus.az xəbər verir ki, Matteus ən böyük fərqin Kloppun insanlara yaxınlıq göstərməsi, Nagelsmannın isə onları uzaqlaşdırmasında olduğunu bildirib. O qeyd edib ki, Klopp daim oyunçularını müdafiə edir və bununla da onların etimadını qazanır. Nagelsmann isə komandanı tənqid etməklə bir çox futbolçunun dəstəyini itirib.

Matteus əlavə edib ki, Klopp mimikası və emosiyaları ilə seçilir, bəzən gülür, bəzən isə ciddi görünür. Bu, insanlara aydındır. Nagelsmann isə həmişə neytral reaksiya göstərir və sanki suallara maraq göstərmir. Klopp Undavı evdə saxlayıb, lakin qərarını açıq şəkildə izah edib. Həm azarkeşlər, həm də oyunçular bu yanaşmanı qəbul edə bilirlər. Nagelsmannın Undavla bağlı qərarı isə azarkeşlərin narazılığına səbəb olub.

Matteus vurğulayıb ki, Klopp oyunçularına hörmət göstərir, Nagelsmann isə bu baxımdan fərqlənir. Hər iki məşqçinin qərarlarında ardıcıl olduğunu və heç kimin müdaxiləsinə imkan vermədiyini deyib. O, həmçinin bildirib ki, Nagelsmann uzun müddət Kimmixin mövqeyi ilə bağlı inadkarlıq göstərib, sonradan isə dəyişiklik edib. Klopp isə bu məsələdə qəti mövqe nümayiş etdirib və Kimmixin meydanda oynayacağını bildirib.

Matteus sonda qeyd edib ki, hər iki məşqçi müsahibələrdə geniş cavablar verir və kəskin suallardan yayınmağa üstünlük verir.