"Real Madrid"in hücumçusu Kilian Mbappe Madridə qayıdıb və La Liqanın 8-ci turunda "Vilyarreal"la keçiriləcək qarşılaşmada iştirak etməyə hazır olacaq.
Offsideplus.az xəbər verir ki, bu barədə "AS" nəşri məlumat yayıb.
Fransa millisinin Türkiyə ilə matçında (1:0) zədələnərək əvəzlənən ulduz futbolçunu daşıyan təyyarə yerli vaxtla saat 11:16-da Madrid hava limanına enib. Təcrübəli hücumçu komandanın saat 10:30-da başlayan məşqini qaçırsa da, yaxın saatlarda klubun bazasına gələcəyi gözlənilir.
Qeyd edək ki, Mbappenin sol dizinin arxa kapsulunda həddindən artıq gərilmə (giperekstensiya) müəyyən edilib. Ötən mövsüm həmin dizində ciddi bağ zədəsi olduğu üçün Madrid təmsilçisində narahatlıq yaransa da, aparılan müayinələr problemin ciddi olmadığını göstərib.
"Real Madrid" – "Vilyarreal" matçı oktyabrın 10-da baş tutacaq.


