Bakıda keçirilən cüdo üzrə dünya çempionatının ikinci günündə Azərbaycanın dörd təmsilçisi tatamiyə çıxıb.
Offsideplus.az xəbər verir ki, idmançılarımız günü medalsız başa vurublar:
52 kq: Gültac Məmmədəliyeva Gefen Primo (İsrail) və Tinku İstanı (Avstraliya) məğlub edərək 1/4 finala yüksəlsə də, bu mərhələdə Odette Ciuffrida (İtaliya), təsəlli görüşündə isə Uranzai Bajanmunha (Monqolustan) uduzaraq mübarizəni dayandırıb.
66 kq: Ruslan Paşayev ilk matçında Serdar Rəhimovu (Türkmənistan) üstələsə də, 1/8 finalda Valerio Accioliyə (İtaliya) yenilib.
Nizami İmranov Vaja Margelaşvilini (Gürcüstan) keçsə də, 1/16 finalda Ramazan Abdulayevə (Rusiya) məğlub olub.
Turan Bayramov isə elə ilk görüşdəcə Saşa Luukasa (Finlandiya) uduzub.
Qeyd edək ki, Milli Gimnastika Arenasında təşkil olunan dünya çempionatında hələlik yeganə medalımızı 60 kq çəkidə qızıl qazanan Əhməd Yusifov əldə edib.


