AFFA-nın texniki direktoru Edmond Klaus oktyabrın 2–4-də Azərbaycanın qərb bölgəsində səfərdə olub.

Offsideplus.az xəbər verir ki, mütəxəssis Gəncə, Tovuz, Göygöl və Qəbələdə futbolun inkişafı, akademiyaların fəaliyyəti və aşağı yaş qruplarında futbolçu hazırlığı ilə tanış olub.

Səfər çərçivəsində "Kəpəz" və "Turan Tovuz" akademiyalarının rəhbərliyi və məşqçi heyəti ilə görüşlər keçirilib, müxtəlif yaş qruplarının məşq və oyunları izlənilib, həmçinin Qəbələ Futbol Akademiyasının infrastrukturu nəzərdən keçirilib.

Səfərin əsas məqsədi regionlarda uşaq futbolunun vəziyyətini qiymətləndirmək və akademiyalarla təcrübə mübadiləsi aparmaq olub.