Almaniya millisinin yarımmüdafiəçisi Florian Virts Yunanıstanla 0:0 hesablı heç-heçə barədə fikirlərini bölüşüb.

Offsideplus.az xəbər verir ki, Virts komandasının üstün oynadığını, lakin qol vura bilmədiklərini bildirib:

"Biz daim təzyiq göstərirdik, amma o lənətə gəlmiş qolu vura bilmədik. Bu, adamı əsəbiləşdirir. Ümumilikdə oyunumuzdan razı qala bilərik – çox yaxşı məqamlar oldu. Unutmaq olmaz ki, biz birlikdə cəmi bir həftədir məşq edirik. Qələbə qazanmaq istəyirdik, amma alınmadı. Əlbəttə, hər şey pis deyildi".