"Fənərbağça"nın sabiq braziliyalı yarımmüdafiəçisi Fred ötən mövsüm İstanbul təmsilçisində birlikdə çıxış etdiyi Jon Duran haqqında qalmaqallı açıqlamalar verib.
Offsideplus.az xəbər verir ki, Fred kolumbiyalı hücumçunun məşqlərə və futbola qarşı son dərəcə laqeyd münasibət bəslədiyini bildirib:
"Duranın heç nə vecində deyildi. Ona "Gəl, məşq edək, biraz qaçaq" deyirdim. O isə "Mən zatən zənginəm, qaçmağıma ehtiyac yoxdur" cavabını verir, sonra da tibb korpusuna gedib məşqdən qaçırdı".
Braziliyalı futbolçu Duranın "Zenit"ə transferi və gələcək planları barədə danışarkən onun yalnız pulu düşündüyünü vurğulayıb:
"Zenit"ə keçəndə ona 'Ooo, artıq daha çox pul qazanacaqsan" dedim. O isə "Nə qədər çox olsa, bir o qədər yaxşıdır" deyirdi. Bəzən danışanda "Mən özümün, ailəmin və növbəti üç nəslimin hayatını artıq xilas etmişəm" cavabını verirdi. "Fənərbağça"da əvvəllər azından məşqə çıxırdı, sonra isə bunu da tamamilə dayandırdı".


