İngiltərə Premyer Liqasında sentyabrın ən yaxşı futbolçusu müəyyənləşib.
Offsideplus.az xəbər verir ki, turnirin mətbuat xidmətinin yaydığı xəbərə görə bu nominasiyada Paskal Qross qalib gəlib.
“Brayton”un 35 yaşlı alman yarımmüdafiəçisi ötən ay İngiltərə çempionatında keçirdiyi 3 matçda 2 qol vurub, 3 məhsuldar ötürmə edib.
Onun komandası çempionatda 5 turdan sonra 10 xalla 3-cü yeri tutur.


