Bakıda keçiriləcək ilk FIFA U-15 Dünya Çempionatı və Festivalına hazırlıq işləri yekunlaşmaq üzrədir.

Offsideplus.az xəbər verir ki, oktyabrın 22–30-da təşkil olunacaq mötəbər yarışda dünyanın 190-a yaxın ölkəsindən 4 minə yaxın gənc futbolçu, məşqçi və rəsmi şəxsin iştirakı planlaşdırılır.

1000-ə yaxın qarşılaşmanın böyük əksəriyyəti yeni inşa edilən Hövsan Yarış Kompleksinin 10 futbol meydançasında baş tutacaq. Turnirin açılış və final oyunları isə Bakı Kristal Zalında keçiriləcək.

Bir neçə gün öncə Bakıda olan FIFA prezidenti Canni İnfantino Hövsandakı infrastrukturu və görülən işləri yüksək qiymətləndirib.

Qeyd edək ki, turnir Prezident İlham Əliyevin müvafiq Sərəncamına uyğun olaraq təşkil edilir.