İspaniyalı sabiq yarımmüdafiəçi Andres İnyesta gələcəkdə "Barselona"nı baş məşqçi kimi çalışdırmaq ehtimalı barədə fikirlərini bölüşüb.
Offsideplus.az xəbər verir ki, hazırda 42 yaşlı mütəxəssis Birləşmiş Ərəb Əmirliklərinin ikinci liqasında çıxış edən "Gulf United" klubuna rəhbərlik edir. İnyesta bildirib: "Bu, qaçılmaz bir sualdır. Gələcəkdə "Barselona"nı çalışdırmaq istərdimmi? Əlbəttə, bu, gözəl olardı, amma hazırda bu barədə düşünə bilmirəm. Mən futbolçu olmaq istəyirdim. Uşaqlıqda heç vaxt 'məşqçi olmaq istəyirəm' deməmişdim. Həmişə peşəkar futbolçu olmağı, "Barselona"da oynamağı və əsas komanda ilə uğur qazanmağı arzulamışdım. Bu məqsədlərim mənim üçün tam aydın idi. İndi isə fərqli bir mərhələdəyəm və zaman göstərəcək. Amma aydındır ki, potensial məşqçi kimi bu ilkin mərhələ mənə xoş gəlir".


