Serbiyalı tennisçi Novak Cokoviç Çinin paytaxtında keçirilən "Pekin 500" turnirinin 1/4 final mərhələsində dünya reytinqinin ikinci pilləsində qərarlaşan Aleksandr Zverevə qalib gəlib.
Offsideplus.az xəbər verir ki, gərgin keçən qarşılaşma 4:6, 6:4, 6:4 hesabı ilə Cokoviçin üstünlüyü ilə başa çatıb. Bu qələbə ilə tərəflər arasında şəxsi görüşlərdəki hesab 10:5-ə yüksəlib.
39 yaş 4 aylığında olan Cokoviç bu yaş həddini keçdikdən sonra dünya reytinqində ilk 2 pilədə yer alan rəqibini məğlub edən tarixdə ikinci tenisçi olub. Bənzər göstəriciyə sonuncu dəfə 1974-cü ildə "US Open"in yarımfinalında Con Nyukombu üstələyən Ken Rouzuoll imza atmışdı.
Qeyd edək ki, serbiyalı karyerası ərzində turlar səviyyəsində 202-ci, cari mövsümdə isə "Australian Open" və "Uimbldon"dan sonra 3-cü yarımfinalına vəsait qazanıb. O, həmçinin Pekində rekord sayda – 7-ci dəfə yarımfinala yüksəlib və bu turnirdəki məğlubiyyətsizlik seriyasını 32 matça çatdırıb.


