"Qalatasaray"ın keçmiş hücumçusu Mauro İkardi İstanbul təmsilçisinə qayıtmaq üçün maddi şərtlərini minimuma endirməyə hazırdır. 

Offsideplus.az xəbər verir ki, argentinalı ulduz "Qalatasaray"a illik 3,5 milyon avro maaşla oynamağı təklif edib. Hətta onun qızlarını Türkiyəyə gətirə bilmək üçün 2 milyon avro məbləğində maaşı belə qəbul etməyə hazır olduğu bildirilir. 

Bu barədə Argentina mediası məlumat yayıb.

Məlumata görə, İkardi qızları ilə birlikdə İstanbulda yaşamaqda qərarlıdır və Türkiyəyə dönmək üçün klubla hər bir şərti müzakirə etməyə razılıq verib.