"Qarabağ"ın daha bir ulduzu üçün Avropadan maraq var.

Offsideplus.az xəbər verir ki, ​Macarıstan təmsilçisi "Ferensvaroş" "Qarabağ" klubunun yarımmüdafiəçisi Pedro Bikalho ilə maraqlanmağa başlayıb.

​Macarıstan klubunun braziliyalı futbolçu üçün Ağdam təmsilçisindən sərbəstqalma məbləğini soruşduğu və tərəflər arasında ilkin müzakirələrin aparıldığı bildirilir.

​Hələlik rəsmi təklif irəli sürülməsə də, qış transfer pəncərəsində "Qarabağ"a rəsmi təklifin gələcəyi gözlənilir.