"Qarabağ" və "Zirə" yoxlama oyununda qarşılaşıb.
Offsideplus.az xəbər verir ki, “Azersun Arena”nın məşq meydançasında keçirilən matç Ağdam təmsilçisinin 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.
"Qarabağ"ın heyətində Aleksey Kaşuk dubl edib və Zakaria Savo qol vurub. "Zirə"nin yeganə qolunun müəllifi isə Dameyn Smit olub.


