Ferran Torres İspaniya millisinin heyətindən çıxarılıb

Offsideplus.az xəbər verir ki, “Barselona”nın hücumçusu Ferran Torres zədə səbəbindən İspaniya millisinin düşərgəsini tərk edib.

27 yaşlı futbolçu topuq nahiyəsindəki problemlə əlaqədar yığmanın qarşıdakı oyunlarında iştirak edə bilməyəcək.

Qeyd edək ki, onun əvəzinə heyətə Karlos Espi dəvət olunub.