Rusiya millisinin qapıçısı Matvey Safonov yığmanın düşərgəsini vaxtından əvvəl tərk edib.

Offsideplus.az xəbər verir ki, bu barədə məlumat Rusiya Futbol İttifaqı tərəfindən təsdiqlənib. 29 sentyabrda "PSJ"nin qapıçısı İranla keçirilən yoldaşlıq oyununda (2:0) iştirak edib, daha sonra komanda ilə birlikdə Yekaterinburqa yollanıb və Namibiya ilə qarşılaşmadan öncəki məşqdə iştirak edib. Ardınca Safonovun milli komandanın düşərgəsindən ayrılması barədə qərar verilib. Bildirilir ki, bu addım komandada daha üç qapıçının olması ilə əlaqədardır. Rusiya millisi növbəti yoldaşlıq oyununda Namibiya ilə qarşılaşacaq.