Qəbələdə təlim-məşq toplanışını davam etdirən 20 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi bu gün növbəti yoxlama oyununa çıxacaq.
Offsideplus.az xəbər verir ki, Ruy Jorjenin rəhbərlik etdiyi kollektiv Moldovanın müvafiq yaş qrupundan ibarət seçmə komandası ilə gücünü sınayacaq.
Qəbələ şəhər stadionunda keçiriləcək qarşılaşmanın start fiti saat 18:00-da səslənəcək.
Qeyd edək ki, U-20 millimiz Qəbələ toplanışı çərçivəsində oktyabrın 6-da Yaponiya yığması ilə də yoxlama görüşü keçirəcək.


