Azərbaycan milli komandasının müdafiəçisi Rüfət Abbasov UEFA Millətlər Liqasının D qrupunda Litva ilə keçiriləcək oyunöncəsi mətbuat konfransında iştirak edib:

Offsidepıus.az xəbər verir ki, 21 yaşlı sol cinah müdafiəçisi mətbuat konfransında komandanın hədəfinin qələbə olduğunu bildirib:

“Bizi olduqca çətin oyun gözləyir. Yalnız qələbə barədə düşünürük. Komanda olaraq yaxşı hazırlaşmışıq. Sabah qələbə qazanmalıyıq”.

Qeyd edək ki, Azərbaycan – Litva qarşılaşması sabah “Neftçi Arena”da keçiriləcək. Görüş saat 17:00-da başlayacaq.